21:44 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9673
Əli qandallanmış adam, arxiv şəkli

Bıçaqlandı, amma özü yıxıldığını dedi

© Sputnik / Anar Mustafayev
HADİSƏ
Qısa URL
79 0 0

Münaqişə zəminində xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

BAKI, 11 avqust — Sputnik. Avqustun 7-də Bakı şəhər sakini Şahin Məmmədov yaşadığı Suraxanı rayonundakı evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Öz izahatında o, yıxılması nəticəsində xəsarət almasını bildirib. Bu barədə Sputnik Azərbaycan DİN mətbuat xidmətinə istinadən məlumat verir.

Məlumata əsasən, Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları tərəfindən aparılan ilkin araşdırmalarla həmin gün Ş.Məmmədovla Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Abbasov arasında Əmircan qəsəbəsi ərazisində münaqişə baş verməsi və bu zaman sonuncunun ona bıçaqla xəsarət yetirməsi müəyyən edilib.

Dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə E.Abbasov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.


Əlaqədar

Bakıda kişi arvadını kürəyindən bıçaqladı
Özbəkistanda dəhşətli qətl: DİN idarə rəisi otağında bıçaqlandı
Paytaxtda ata qızını bıçaqlayaraq qətlə yetirdi
Ağsuda ailə dramı, arvadını bıçaqlayıb öldürdü
Ağsu sakini namaz qılan arvadına qıydı, 7 bıçaq zərbəsi vurdu

Əsas mövzular