23:51 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Çinin Heilongjilanq bölgəsində baş verən çökmə

Yol çökdü, avtomobillər dərəyə yuvarlandı

© REUTERS / Stringer
HADİSƏ
Qısa URL
202 0 0

Çox sayda çinli hadisə yerinə gələrək, qurtarma işini izləyib

BAKI, 6 avqust — Sputnik. Çinin Heilongjilanq bölgəsində dəhşətli hadisə baş verib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, asfalt yol bir anda çöküb və iki avtomobil bir neçə metr dərinliyə düşüb.

Məlumata görə, yolun çökməsinə hava şəraiti səbəb olub. Çöküntü meydana gələn ərazi bağlanılıb və araşdırma başlayıb.

Səlahiyyətli qurumlar rəsmi açıqlama verməsə də, çökməyə səbəb kimi hədsiz istilərin və asfaltın keyfiyyətsiz salınması göstərilir.

Hadisə yerinə gələn ekspertlər hadisə zamanı təlafatın olmadığını bildirib. Çox sayda çinli hadisə yerinə gələrək, qurtarma işini izləyib.

Əsas mövzular