07:52 21 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Kinoloji tabor

Xaçmazda müəmma davam edir, itlər itən uşağın izinə düşə bilmir

© Sputnik / Irade JELIL
HADİSƏ
Qısa URL
13691 0 0

"Bazar günü hadisə baş verən ərazidə yağış yağıb, ola bilsin, kinoloji xidmətin itləri bu səbəbdən uşağın izlərini tapa bilmir"

BAKI, 23 iyul — Sputnik. Xaçmaz rayonunda bazar günü itkin düşmüş 3 yaşlı Novruzov İsmayıl Elçin oğlunun axtarışları davam etdirilir. Kinoloqlar hələ də uşağın izinə düşə bilməyiblər. Bu barədə Sputnik Azərbaycan-a Xaçmaz Rayon Polis Şöbəsindən məlumat verilib. Buna baxmayaraq, hüquq-mühafizə orqanları uşağın sağ olduğundan və meşə zolağında azdığından əmindir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətin yaydığı məlumata görə, iyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu naməlum şəraitdə itkin düşüb. Axtarış-xilasetmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri cəlb olunub.

Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak edirlər. Axtarış tədbirləri meşəlik ərazidə və suda aparılır.

Bununla yanaşı, Xaçmaz RPŞ-dən verilən məlumata görə, uşaq günorta saatlarında "Mayak" istirahət zonası ərazisində itkin düşüb. Uşaq orada Bakıdan gəlmiş nənə və babası ilə birlikdə dincəlirmiş.

Hüquq-mühafizə orqanlarının əməkdaşları güman edirlər ki, uşaq sağdır və meşənin hansısa hissəsində azıb qalıb. Uşağın dənizdə bata biləcəyi barədə versiya isə inandırıcı deyil. Polislərin dediyinə görə, əgər belə olsaydı, dalğa uşağın cəsədini indiyə qədər sahilə atardı. Hələlik xoşbəxtlikdən sahil-mühafizə xidmətində belə bir məlumat yoxdur.

"Elə bir ehtimal da yoxdur ki, uşaq dənizə doğru getsin. İş ondadır ki, bazar günü hadisə baş verən ərazidə yağış yağıb. Ola bilsin, kinoloji xidmətin itləri bu səbəbdən uşağın izlərini tapa bilmir" — deyə Xaçmaz RPŞ-dən bildiriblər.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri uşağın axtarışını həyata keçirilr. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və könüllülər də uşağın axtarışılarına qoşulub.

Xatırladaq ki, 28 avqust 2017-ci il tarixində Quba rayonunun Əski İqriq kəndində də analoji hadisə baş vermişdi. O zaman 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu itkin düşmüşdü. Uşaq iki gün sonra meşədən sağ-salamat tapılmışdı.

Əlaqədar

İtkin düşmüş uşağın cəsədi idman çantasından tapıldı
Bakıda 40 yaşlı qadın itkin düşüb
Oğuzda gənc qadın itkin düşüb, ailə axtarışdadır - VİDEO
İsmayıllıda məktəbli oğlan müəmmalı şəraitdə itkin düşüb
Teqlər:
Xaçmaz Rayon Polis Şöbəsi, meşə, itkin, Xaçmaz rayonu, Fövqəladə Hallar Nazirliyi, uşaq

Əsas mövzular