Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qasırğa həyəcanı verildi, 30 minədək insan evindən didərgin düşdü

© AP Photo / Aaron FavilaQasırğa, arxiv şəkli
Qasırğa, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qasırğanın mərkəzində küləyin sürəti saniyədə 25 metrdir, hərdən 35 metrə də çatır

BAKI, 30 iyun — Sputnik. Yaponiyanın cənubunda təxminən 26 min adama "Prapirun" qasırğasının yaxınlaşması ilə əlaqədar təxliyyə olunmaq tövsiyə edilib. Sputnik Azərbaycan-ın məlumatına görə bu barədə NHK xəbər verir.

Təxliyyə barədə tövsiyə Küsü adasının cənub-qərbindəki Miyadzaki prefekturasının 26 min əhalisinə göndərilib. "Prapirun" qasırğası Sakit okeandan şimala doğru hərəkət edir. Yaponiyanın cənub-qərb rayonları bazar günü onunla rastlaşacaqlar.

Hazırda qasırğanın mərkəzində təzyiq 992 hektopaskaldır. Qasırğanın mərkəzində küləyin sürəti saniyədə 25 metrdir, hərdən 35 metrə də çatır. Qasırğanın irəliləyişi şiddətli yağışlarla müşayiət olunur. Bu yağışlar çayların daşmasına, torpaq sürüşməsinə və selə səbəb ola bilər.

Xəbər lenti
0