01:13 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
HADİSƏ
Qısa URL
230 0 0

O, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, 30 sutka müddətinə həbs olunub

BAKI, 6 iyun — Sputnik. Sumqayıtda sayğac oğrusu tutulub. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, vətəndaşların narazılığına səbəb olan su sayğacları oğurluqlarının qarşısının alınması və bu cinayətləri törədənlərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri ərazisində uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 9-cu mikrorayon ərazisində, ümumilikdə 6 evin su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilərək "isti izlər"lə saxlanılıb.

Araşdırmalarla onun şəhər sakini Azər Musayev olduğu məlum olub. O, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, 30 sutka müddətinə həbs olunub.

Əlaqədar

Bakıda iki qız qaçırılıb, polis gənc oğruları axtarır
Avtomobil oğruları qaça bilmədilər
Paytaxtda benzin oğrusu tutuldu: Borunu deşib...
Teqlər:
sayğac, oğru, Sumqayıt

Əsas mövzular