10:32 27 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9052
Fövqəladə Hallar Nazirliyi

Daha bir dövlət qurumu uçan körpü barədə məlumat yaydı

© Sputnik / Anar Mustafayev
HADİSƏ
Qısa URL
Bölgələrdə sel fəlakətinin fəsadları (8)
123 0 0

FHN: Göyçayda körpünün əsas yükdaşıyan konstruksiyaları ciddi deformasiyaya məruz qalmayıb

BAKI, 3 iyun — Sputnik. Respublikanın bəzi dağlıq ərazilərində 1 və 2 iyun tarixlərində yağan yağışlar nəticəsində dağ çaylarında suyun səviyyəsi artıb.

Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Göyçay çayında yaranmış gursululuq nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 217-ci kilometrliyində ümumi  uzunluğu 76,2 m olan metal körpünün Bakı istiqamətində olan və yolla birləşən hissəsi — sol kənar konusu (təqribən 6 m uzunluqda) və piyada körpüsü dağılıb.

FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və "Azəravtoyol" ASC-nin mütəxəssisləri körpüyə vizual texniki baxış keçiriblər. İlkin baxış zamanı müəyyən olunub ki, körpü yanında çay yamaclarının və körpünün kənar dayaqlarının yuyulmasının qarşısını almaq üçün tikilən su tənzimləyici qurğu yuyularaq dağılıb, sel sularının sürətini azaltmaq üçün tikilən barraj divarının da bir hissəsi yuyulub. Bu isə yolun qəza vəziyyətinə düşməsinə və müvəqqəti bağlanmasına  səbəb olub. Mütəxəssislərin fikrinə görə, körpünün əsas yükdaşıyan konstruksiyaları ciddi deformasiyaya məruz qalmayıb. Körpünün dayaqları dərinliyi 14 m olan svay özüllər üzərində inşa edilib. Sel suları zəiflədikdən sonra körpüyə yenidən texniki baxış keçirilərək, onun dayanıqlığı barədə tam qərar veriləcək.

Hazırda FHN-nin, "Azəravtoyol" ASC-nin və Göyçay Rayon İcra Hakimiyyətinin mütəxəssisləri tərəfindən çay üzərindən alternativ körpünün salınması üçün təkliflər hazırlanır. Hələlik Göyçay rayon mərkəzinə getmək üçün alternativ yol olaraq Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə Dövlət  sərhədi yolundan keçməklə Göyçay-Ucar və Göyçay-Bərgüşad yollarından (əlavə 35 km) istifadə etmək tövsiyə olunur.

Mövzu:
Bölgələrdə sel fəlakətinin fəsadları (8)

Əlaqədar

Dövlət qurumu uçan körpü barədə rəsmi məlumat yaydı — FOTOLAR
Daha bir körpünün uçmaq təhlükəsi yarandı: Əraziyə texnika cəlb olundu
Sel respublika əhəmiyyətli körpünü uçurdu
Bərdədə körpünü sökürlər, yenisi hələ hazır deyil
"Koroğlu"da dəhşətli intihar: Gənc qadın körpüdən tullandı - FOTO

Əsas mövzular