19:32 22 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9270
Türk polisi, arxiv şəkli

Nəvə 235 manata görə nənəsini öldürdü

© AP Photo / Emre Tazegul
HADİSƏ
Qısa URL
195 0 0

Cinayətkar: "Bu zaman ağ bezi boğazına bağlayıb sıxdım və bir də nəfəs almadığını hiss edəndə əlimi çəkdim"

BAKI, 16 may — Sputnik. Türkiyədə dəhşətli qətl hadisəsi baş verib. 27 yaşlı İsmail Canik 82 yaşlı nənəsi Elif Tulunu öldürüb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, evində tək yaşayan qadından bir neçə gün səs-soraq gəlmədiyini görən qohumları onun evinə gedərək qadının ağ bez ilə boğulduğunu görüblər. Polisin araşdırması nəticəsində yaşlı qadının nəvəsi tərəfindən öldürüldüyü məlum olub. Qadının nəvəsi İsmail Canik ifadəsində bildirib ki, onun banka kredit borcu olub:

"Mənə kreditləri ödəmək üçün pul lazım idi. Nənəmin yanına getdim və 500 lira (235 manat) pul istədim. Nənəm onda pul olmadığını deyəndə əsəbləşdim. "Başqa nəvələrə pul verirsən, mənə niyə vermirsən" deyəndə məni evdən qovdu. Bu zaman ağ bezi boğazına bağlayıb sıxdım və bir də nəfəs almadığını hiss edəndə əlimi çəkdim. Qapını bağlayıb açarı arxa pəncərədən içəri atıb evimizə yollandım".

Qeyd edək ki, prokuror hakimdən onun haqqında ağır cəza hökmü çıxarmasını xahiş edib.

Əsas mövzular