Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycan ərazisinə qar yağıb

© Sputnik / Ilham AhmadovQəbələyə qar yağıb
Qəbələyə qar yağıb - Sputnik Azərbaycan
Abunə olmaq
Düşən yağıntının miqdarı Böyük Qafqazda 3-5 mm, Zaqatalada 120 mm təşkil edir

BAKI, 12 may — Sputnik. Ölkə ərazisində mayın 11-i gün ərzində, 12-i səhərədək hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə intensiv olub, dolu düşüb, dağlıq ərazilərdə qar yağıb. Zaqatalada saat 15:08 radələrində dolu düşüb. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən xəbər verilib.

Yağan intensiv yağış nəticəsində bəzi dağ çaylarında sululuq artıb, Gorançay, Talaçay çaylarında daşqın və sel olub.

Düşən yağıntının miqdarı Böyük Qafqazda 3-5 mm, Zaqatalada 120 mm (aylıq normanın 105 %-i), Balakəndə 57 mm, Sarıbaşda 51 mm, Kiçik Qafqazda 4-11, Mərkəzi-Aran rayonlarında 2-9, Qazax-Gəncə zonasında 3-57, Lənkəran-Astara zonasında 1-2, Kiçik Qafqazda 4-11, Naxçıvan MR-da 1-9, Bakıda və Abşeron yarımadasında 0.6 mm təşkil edib.

Havanın temperaturu mayın 11-də Bakıda iqlim normasından 3.5 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19-24, aran rayonlarında 22-27, dağlıq rayonlarda 12-16, Naxçıvan MR-da 16-21 dərəcə isti təşkil edib.

Xəbər lenti
0