Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Çoxotaqlı ev odun sobasından yandı

© Sputnik / Rahim MuradovLənkəranda yanğın olub
Lənkəranda yanğın olub - Sputnik Azərbaycan
Abunə olmaq
Baş vermiş yanğınla bağlı araşdırma aparılır

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 17 mart — Sputnik. Qaxda 6 otaqlı ev yanıb. Hadisə bu gün axşam saatlarında rayonun Qum kəndində baş verib. 

Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, rayon sakini Namiq Yusifova məxsus ümumi sahəsi 288 m2 olan ikimərtəbəli 6 otaqlı evdə baş verib. Nəticədə evin 2-ci mərtəbəsində otağın tavanı 10 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri tərəfindən söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmasa da, evə ciddi ziyan dəyib. Məlumata görə, yanğın odun sobasından baş verib.

Baş vermiş yanğınla bağlı araşdırma aparılır.

Xəbər lenti
0