01:38 23 Aprel 2018
Canlı yayım
Metro tuneli, arxiv şəkli

Metroda qorxulu anlar yaşadan şəxsin kimliyi bilindi

© Sputnik / Yevgeny Biyatov
HADİSƏ
Qısa URL
235 0 0

"Sola dönüb stansiyadan çıxmaq əvəzinə sağa dönərək qatarın qabağından relslərin üstünə yıxılıb"

BAKI, 16 mart — Sputnik. Xəbər verdiyimiz kimi, bu gün saat 12:55-də Bakı metrosunun "İçərişəhər" stansiyasında bir sərnişin qatar yoluna (relslərin üstünə) yıxılıb. Sonradan onun kimliyi məlum olub.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, yıxılan qadın — 85 yaşlı Məmmədova Sürayyə Söhbət qızıdır. O, "İçərişəhər" stansiyasında qatar dayananda birinci vaqonun birinci qapısından düşüb.

"Sola dönüb stansiyadan çıxmaq əvəzinə sağa dönərək qatarın qabağından relslərin üstünə yıxılıb. Gərginliyi çıxarıb xanımı stansiya yolundan çıxarıb əməkdaşlarımız. Görünüşdə ciddi xəsarət müşahidə edilməsə də, təcili tibi yardıb çağrılıb" — N.Paşayev bildirib.

Onun sözlərinə görə, hadisə ilə bağlı xətdə ümumilikdə 3 dəqiqə gecikmə yaranıb.

Əlaqədar

Bakı metrosunda qorxulu hadisə yaşanır
Bakıda metroda sərnişin öldü
Metrodakı izdihamla bağlı yeni xəbər
Bakı metrosunda təlaş və izdiham: Nə baş verir?
Teqlər:
"İçərişəhər" stansiyası, Nəsimi Paşayev, sərnişin, "Bakı Metropoliteni" QSC

Əsas mövzular