Şirvanda mikroavtobus qəzaya uğrayıb, 15 nəfər xəsarət alıb
BAKI, 13 mart — Sputnik. Bu gün səhər saatlarında Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın xəbərinə görə, Şirvan-Salyan marşrutu üzrə hərəkət edən mikroavtobusla “Şirvan oil”ə məxsus xüsusi qurğulu “KamAZ” markalı yük maşını toqquşub.
Nəticədə mikroavtobusda olan 15 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıblar.
Ekspertlər yeni agentliyin yaradılmasının ölkəyə sərmayə axını, ixracın genişlənməsi və iş yerlərinin yaradılması prosesini müsbətə doğru tətikləyəcəyini vurğulayırlar
"Biz əminik ki, bu iş Dağlıq Qarabağ ətrafında vəziyyətə dair qalan siyasi aspektləri ədalətli əsasda, Azərbaycan və Ermənistan xalqları, həmçinin onların qonşularının maraqları çərçivəsində tam həll etməyə imkan verəcək".