17:38 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
HADİSƏ
Qısa URL
25511

Xilasedicilər 30 yaşlı kişini borudan çıxardıqdan sonra onu Nizami Rayon Polis İdarəsinə təhvil veriblər

BAKI, 23 fevral — Sputnik. Bakıda havalandırma sisteminin borusuna düşən şəxs xilas edilib.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhəri Nizami rayonunda 1988-ci il təvəllüdlü Mehrəliyev Asif Çingiz oğlu "Alov" restoranının havalandırma sisteminin borusunda köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşı borudan çıxarıb. Əməliyyat başa çatıb.

Yerli mətbuatın xəbərinə görə, zərərçəkən bildirib ki, onu öldürmək məqsədi ilə gecədən ora atıblar. Xoşbəxtlikdən həmin vaxt restoran bağlı olduğundan sağ qalıb.

Xilasedicilər 30 yaşlı kişini borudan çıxardıqdan sonra onu Nizami Rayon Polis İdarəsinə təhvil veriblər.

Əlaqədar

FHN Xalq artistinin ölümü ilə bağlı məlumat yaydı
FHN Bakıdakı partlayışla bağlı rəsmi məlumat yaydı
FHN təbii fəlakət qurbanlarının sayını açıqladı
FHN Nizami rayonundakı hadisə ilə bağlı məlumat yaydı
Teqlər:
xilasedicilər, Polis İdarəsi, kişi, əməliyyat, Fövqəladə Hallar Nazirliyi, mətbuat xidməti

Əsas mövzular