16:27 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
315711

Gəncədə xüsusi təyinatlı polisi evinin yanında atəşə tutublar

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 31 yanvar — Sputnik. Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları polisə silahlı hücum edən şəxsi axtarır. Bu barədə Sputnik Azərbaycan-a Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.

Şübhəlinin şəxsiyyəti hələlik müəyyən edilməyib, lakin bu istiqamətdə iş aparılır. Əldə etdiyimiz məlumata görə, cinayət yanvarın 20-də axşam saat 11 radələrində Yeni Gəncə qəsəbəsində törədilib.

Gəncə Şəhər Baş Polis İdarəsinin Xüsusi Təyinatlı Bölüyünün serjantı Əhmədov Natiq Camal oğlu mülki geyimdə evinə qayıdarkən naməlum şəxs onu "Makarov" tapançasından atəşə tutub. Polis ayağından yaralanıb. Atəş yaxın məsafədən açılıb.

Faktla bağlı müxtəlif versiyalar var. Ən çox ehtimal olunan versiya hücumun intiqam məqsədilə edildiyidir.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Əlaqədar

Bakıda "Forsaj" və "Taksi" filmlərinin süjeti təkrarlandı: 23 polis maşını...
Polisə hücum edən qaçqınları atəşlə dayandırdılar
Şirvan sakini polisə yaxalanmamaq üçün başqa bir cinayətə əl atıb
Polis maştağalı qızı axtarır
Teqlər:
Gəncə Şəhər Baş Polis İdarəsi, silahlı hücum, Gəncə şəhər Prokurorluğu, atəş, polis

Əsas mövzular