BAKI, 18 dekabr — Sputnik. Bakının Sabunçu rayonunda körpə uşaq faciəvi şəkildə ölüb.
"Report" xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində, 2014-cü il təvəllüdlü Həsənova Münəvvər Həsən qızının anası ilə yol kənarı ilə gedərkən baş verib.
Uşaq qəfil anasının əlindən çıxaraq yola doğru qaçıb. Bu zaman arxa istiqamətdə hərəkətdə olan "MAN" markalı məişət tulantılarını daşıyan yük avtomobili onun üzərindən keçib.
Körpə həmin yük avtomobilinin təkərləri altında qalaraq faciəvi şəkildə ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.