10:02 07 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
496 0 0

İntihar edən Əda Zeynalovanın atası yeni rəhmətə gedib

BAKI, 9 dekabr — Sputnik. Xəbər verildiyi kimi, dekabrın 8-nə keçən gecə gənc qız özünü Yasamal rayonu ərazisində, metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında çoxmərtəbəli binadan ataraq intihar edib. Həmin qızın tələbə olduğu üzə çıxıb.

Əda Zeynalova
© Photo : APA
Əda Zeynalova

Sputnik Azərbaycan Lent.az-a istinadən xəbər verir ki, özünü 10-cu mərtəbədən ataraq həyatına son qoyan 24 yaşlı Əda Zeynalovanın UNEC-də MBA proqramı üzrə magistr təhsili aldığı məlum olub.

Magistraturanın I kurs tələbəsi olan Əda Zeynalova dekabrın 7-dək dərslərdə müntəzəm iştirak edib. Dostları və yoldaşları onu daha çox Nərgiz adı ilə tanıyırmış. Bildirilir ki, 24 yaşlı qızın atası yeni rəhmətə gedib. Bundan sonra o, dərin sarsıntı keçirib. İntihar faktı ilə bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

Hadisənin dəqiq səbəblərini müəyyən etmək istiqamətində iş aparılır.

Əlaqədar

Saakaşvili intihar etmək istəyir - VİDEO
Hacı Məmmədovun intihardan öncəki məktubu üzə çıxdı: "Üzr istəyirəm..."
Prokurorluq təsdiqlədi: Hacı Məmmədov intihar edib
Özü intihar etmişdi, əmlakı müsadirə edildi
Sevgisinə cavab ala bilməyən gənc intihara cəhd etdi
Teqlər:
Yasamal rayon Prokurorluğu, gənc qız, intihar, Cinayət Məcəlləsi, tələbə

Əsas mövzular