22:47 13 Dekabr 2017
Canlı yayım
Fotoredaktor Samir Əliyev

Azərbaycanda tanınmış jurnalist vəfat edib

© Foto: Facebook / Ceyhun Musaoğlu
HADİSƏ
Qısa URL
36801

O, xərçəng xəstəliyindən dünyasını dəyişib

BAKI, 8 dekabr — Sputnik. Bu gün Azərbaycan mətbuatına ağır itki üz verib. Sputnik Azərbaycan xəbər verir ki, "Exo" qəzetinin fotoredaktoru Samir Əliyev xərçəng xəstəliyindən dünyasını dəyişib.

Son aylarda Samirin vəziyyəti ağırlaşıb və müalicələr, xaricdən gətirilən bahalı dərmanlar ona kömək etməyib. Qardaşı, jurnalist Nair Əliyev ötən gün "Facebook" səhifəsində Samirin son dəqiqələri barədə yazıb: "Dostlar, hamınız sağ olun. Zənglər, mesajlar çox gəlir, hamısına cavab verməyə vaxt çatdırmırıq. Reanimasiyada Samirin nəfəsalmasını bərpa ediblər, təzyiqini stabilləşdiriblər. O, hələ də huşsuz vəziyyətdədir. Amma nəfəs alır, bu, böyük uğurdur. Ümid edirik ki, yaxşı olacaq. Onun üçün dua edirik!".

Samir Əliyevin 42 yaşı vardı. Özündən sonra bir azyaşlı qızı qaldı.

Allah rəhmət eləsin!

Əlaqədar

Məşhur müğənni vəfat etdi
Azərbaycanlıların da sevdiyi əfsanəvi hind aktyoru vəfat etdi
Azərbaycanın tanınmış jurnalisti vəfat edib
Azərbaycanda tanınmış jurnalist vəfat etdi
Teqlər:
fotoredaktor, Samir Əliyev, Azərbaycan, jurnalist

Əsas mövzular