04:18 15 Dekabr 2017
Canlı yayım
Gənclik Mall ticarət mərkəzi

Paytaxt sakinlərini hiddətləndirən hadisə düzməcə çıxdı

© Foto: 1news
HADİSƏ
Qısa URL
1060 0 0

"Ərəb geyimində olanlar ərəblər yox, azərbaycanlı aktyorlar olub"

BAKI, 7 dekabr — Sputnik. Dünən bir neçə ərəb turistin Bakının məşhur ticarət mərkəzlərindən biri olan "Gənclik Mall"-da boğazına zəncir bağladıqları quzu və xoruzla gəzdikləri barədə xəbər vermişdik. Hüseyn Qəribov adlı vətəndaşın həmin hadisədən çəkdiyi fotonu da təqdim etmişdik.

Fotonun yuxarı hissəsində yazılmış "Mətbəx, Yemək otağı" sözləri hadisənin həqiqətən də Azərbaycanda baş verdiyini təsdiq edirdi. Buna baxmayaraq, məlumatı dəqiqləşdirmək üçün "Gənclik Mall"-la əlaqə saxlamağa çalışdıq. Lakin dünən cəhdimiz uğurlu alınmadı.

Bu gün isə "Gənclik Mall"ın PR meneceri Zaur Əzimzadə Sputnik Azərbaycan-a bildirdi ki, bu, əslində reklam çəkilişi olub: "Gənclik Mall"-da sadəcə reklam çəkilişi olub. Ərəb geyimində olanlar isə ərəblər yox, azərbaycanlı aktyorlar idi".

Gənclik Mall-da gəzişən ərəb turistlər
Gənclik Mall-da gəzişən ərəb turistlər

Hadisədə digər bir məsələ də maraq doğurur. Biz bu xəbəri yayandan sonra sosial şəbəkələrdə hadisə ilə bağlı geniş müzakirə açıldı. Və hələ onların ərəb turistləri, yoxsa aktyor olması aydınlaşmamış, insanların çoxunun mövqeyində şəkildəkilərin ərəb turistləri olması şübhə belə doğurmadı.

Müzakirələr zamanı hamını ancaq bir sual maraqlandırırdı: Həmin şəxslər ticarət mərkəzinə necə daxil olublar, mərkəzin mühafizə xidməti bu məsələyə necə göz yumub?!

Yəqin ki, son zamanlar ölkəmizə axın edən ərəb turistlər haqqında neqativ yazılanların çoxluğundandır ki, cəmiyyət bu hadisəni də birmənalı həqiqət kimi qəbul edir və inanırlar ki, ərəblər bunu da edə bilərlər…

Əlaqədar

Ərəbistandan ölkəmizə təkcə ovçular gəlmir, həm də...
Ərəbləri Bakıya niyə quşları ilə buraxmayıblar?
Azərbaycan qanunlarını pozan ərəb cəzalandırıldı
Teqlər:
Zaur Əzimzadə, ərəb turist, "Gənclik Mall", ticarət mərkəzi, Bakı

Əsas mövzular