15:43 21 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Пистолет в руке, фото из архива

Bakıda film kimi atışma, ölənlər var, "Qoca" ələ keçdi

CC0 / Skitterphoto / Gun
HADİSƏ
Qısa URL
1420 0 0

Bakıda "Qoca" ləqəbli Etibar Məmmədovun həbsi zamanı silahlı insident olub: ölənlər və yaralananlar var

BAKI, 2 noyabr — Sputnik. Bakının Qaradağ rayonunda silahlı insident baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, hüquq mühafizə orqanlarının əməkdaşları ilə "Qoca” ləqəbli Etibar Məmmədovun yaxalanması əməliyyatı zamanı bir qrup silahlı şəxs arasında atışma olub.

Silahlı şəxslərin bir neçə gün bundan əvvəl Biləcəri dəmiryol stansiyasında qaçan məhbus, "Qoca” ləqəbli Etibar Məmmədovun cinayət ortaqları olduğu bildirilir. E. Məmmədov hüquq-mühafizə orqanların əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həbs olunub. 

Hüquq-mühafizə orqanlarından əldə edilən məlumata görə, E.Məmmədov atışmada ağır xəsarət alıb. 

Silahlı insident zamanı Məmmədovun ortağı olan bir nəfərin öldüyü bildirilir.  

Qeyd edək ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxta gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2.1 və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda məhbuslara nəzarət edən qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Platxanov saxlanılıb və məhkəmənin qərarı ilə onların barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Daha sonra Ə.Ağami Şirvan şəhərində tutularaq istintaqa təhvil verilib.

Əlaqədar

Qaçan məhbuslar "Lotu Quli"nin adamlarıdır?
Qaçan məhbuslarla bağlı şok xəbər: tanınmış müğənni həbs olundu
Qaçan məhbuslardan biri yaxalandı
Azərbaycanda qaçan məhbuslarla bağlı ilginc faktlar üzə çıxdı
Teqlər:
1 saylı Kliniki Tibbi Mərkəz, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi, Bəyəlizadə Şahmar, Əsgərov Anar, Tural Platxanov, Əli Ağami, Etibar Məmmədov, Qaradağ rayonu, Bakı

Əsas mövzular