13:45 23 Oktyabr 2017
Canlı yayım
Sınmış avtomobil şüşəsi, arxiv şəkli

İsmayıllıda zəncirvari avtoqəza olub, yaralılar var

CC0 / blickpixel / Car crush
HADİSƏ
Qısa URL
7 0 0

Hadisə nəticəsində Asim Əlislamlı və Hüseynov Namiq müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıblar

BAKI, 13 oktyabr — Sputnik. İsmayıllı rayonunda zəncirvari yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var. APA-nın xəbərinə görə, hadisə axşam saatlarında İsmayıllı şəhərində qeydə alınıb. Taksi sürücüsü 1993-cü il təvəllüdlü Əlislamlı Asim Elton oğlu 90-KB-263 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən yolun ortasındakı kanalizasiya quyusundan suyun fontan vurması səbəbindən idarəetməni itirib və avtomobili qarşıdan gələn 99-FL-865 dövlət nömrə nişanlı “Mercedes” və 90-EE-048 dövlət nömrə nişanlı “VAZ 014” markalı minik avtomobillərinə çırpıb.

Hadisə nəticəsində Asim Əlislamlı və “VAZ 014” markalı avtomobilin sürücüsü 1986-cı il təvəllüdlü Hüseynov Namiq Nəriman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

Əlaqədar

Sabirabadda ağır qəza baş verib: 3 nəfər ölüb
Avtoxuliqanlıq edən taksi sürücüsü qəza törətdi
FHN 4 qadının ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yaydı
Magistral yolda dəhşətli qəza baş verdi
Bakıda yol polisi qəza törətdi

Əsas mövzular