00:36 26 Sentyabr 2017
Canlı yayım
Meksikada qasırğa, 14 sentyabr 2017-ci il

Fırtına qasırğaya çevrildi

© AP Photo/ Bernandino Hernandez
HADİSƏ
Qısa URL
50 0 0

Hazırda "Norma" şimal-qərb istiqamətində irəliləyir

BAKI, 16 sentyabr — Sputnik. Meksika sahillərində "Norma" fırtınası qasırğaya çevrilib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ sinoptikləri məlumat verib. Qeyd olunur ki, küləyin surəti saatda 120 kilometrə çatıb. Qasırğanın 18 sentyabra kimi Los Kabosa çatacağı gözlənilir.

Hazırda "Norma" şimal-qərb istiqamətində irəliləyir. Ehtimal edilir ki, fırtına Meksikanın cənubunda yerləşən turistlərin çoxluq təşkil etdiyi Aşağı Kaliforniya ştatına da çatacaq.

Əsas mövzular