Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yaxşıya qarşı heç də yaxşı hərəkət etmədilər

© Photo : REPORTДТП с летальным исходом
ДТП с летальным исходом - Sputnik Azərbaycan
Abunə olmaq
Zabrat qəsəbsində yolu keçmək istəyən Yaxşı Əliyevanı "Mercedes" markalı avtomobil vurub

BAKI, 14 sentyabr — Sputnik. Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, Zabrat qəsəbəsində yolu keçmək istəyən 1969-cu il təvəllüdlü Yaxşı Əliyevanı "Mercedes" markalı avtomobil vurub.

Hadisəni törədən sürücü Əsgər Zeynalov maşını yaxınlıqda gizlədərək qadını taksi vasitəsilə xəstəxanaya aparıb. Lakin hadisə haqqında polisə məlumat verildikdən sonra məlum olub ki, Ə.Zeynalov törətdiyi yol-nəqliyyat hadisəsini gizlətmək istəyib. O, polis əməkdaşları tərəfindən saxlanılıb. Avtomobil tapılaraq cərimə meydançasına yerləşdirilib.

Xəbər lenti
0