12:15 25 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0258
  • USD1.7000
  • EUR1.9960
İntihar, səhnələşdirilmiş foto

Zaqatalada tarix müəllimi intihar edib

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
1497 0 0

İntihar etmiş şəxsin meyti ailə üzvləri tərəfindən aşkarlanıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 4 sentyabr — Sputnik. Sentyabrın 3-də gecə saatlarında  rayonun Suvagil kənd sakini, 1956-cı il təvəllüdlü Rəfail Oruc oğlu İsmayılovun meyiti yaşadığı evin həyətyanı sahəsində tikilmiş mal tövləsinin çardağından asılı vəziyyətdə tapılıb. İntihar etmiş şəxsin meyti ailə üzvləri tərəfindən aşkarlanıb. 

Qeyd edək ki, Rəfail İsmayılov Suvagil kənd 1 saylı tam orta məktəbində tarix müəllimi işləyib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Əsas mövzular