08:18 27 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
HADİSƏ
Qısa URL
14302

Paytaxtda avtobusda sərnişin etirazını görünməmiş şəkildə bildirdi

BAKI, 18 avqust — Sputnik. Bakıda avtobusda indiyədək görünməmiş hadisə baş verib.

Sputnik Azərbaycan-ın haqqın.az-a istinadən verdiyi xəbərə görə, sərnişinlərdən biri dayanacaqdan kənarda avtobusa minmək istəyib, lakin sürücü nəqliyyat vasitəsini saxlamayıb.

Bundan narazı qalan sərnişin avtobusa minəndən sonra sürücüyə kəskin şəkildə öz etirazını bildirməyə başlayıb. 

Digər sərnişin və sürücünün iradlarından sonra isə o özündən çıxıb və tapança çıxarıb. Lakin bu hərəkət sürücünü qorxutmayıb.

Hadisə 9-cu mikrorayonda "Tərlan" şadlıq evinin yaxınlığında baş verib.

Əsas mövzular