Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda bazar yandı

© Sputnik / Rahim MuradovLənkəranda yanğın olub
Lənkəranda yanğın olub - Sputnik Azərbaycan
Abunə olmaq
Yanğına səbəb kafelərdən birində baş vermiş elektrik qısaqapanması olub

BAKI, 7 avqust — Sputnik. Bakının Sabunçu rayonunda, Əsildar Məmmədəliyev küçəsində yerləşən ticarət mərkəzindəki yanğın 200 kvadrat metr ərazidə baş verib.

Hadisə "Sabunçu bazarı"nda qeydə alınıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti rəsmisinin "Report"a verdiyi məlumata görə, yanğının qarşısı alınıb. 

İlkin ehtimala görə, yanğına səbəb kafelərdən birində baş vermiş elektrik qısaqapanması olub. Əraziyə 7 yanğınsöndürən texnikası və canlı qüvvə cəlb edilib.

Xəbər lenti
0