Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Daha 4 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

© Photo : APATəcili yardım
Təcili yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir

BAKI, 1 avqust — Sputnik. Siyəzən yolunda avtomobil qəzası baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, bu gün qəza səhər saatlarında Siyəzən saata çatmamış yolda baş verib. "Prado" və "ZİL" markalı avtomobillərin toqquşması zamanı 4 nəfər yaralanıb.

Yaralılar Siyəzən Diaqnostika Mərkəzinə çatdırılıb. Onlar 1980-cı il təvəllüdlü Mirzəyeva Cəmilə Tofiq qızı, 1980-cı il təvəllüdlü Bayramova Yelena Qriqoriyevna (hamilədir), 1955-ci il təvəllüdlü Mirzəyeva Nailə Mirzə qızı və 1984-cü il təvəllüdlü Heydərov Elşad Ağamirzə oğludur.

Verilən məlumata görə, yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir. Əməkdaşımızın bildirdiyinə görə, ərazidə yol çökdüyü üçün tez-tez qəzalar baş verir.

Xəbər lenti
0