05:41 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Bərdə rayonu

Kişi ailə üzvlərini qanlarına qəltan etdi

© Sputnik / Ramil Ibrahimov
HADİSƏ
Qısa URL
1757 0 0

Sonda özü də intihar edib

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 24 iyul — Sputnik. Bərdədə ailə başçısı ailə üzvlərinə qəsd edib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Hacallı kəndində qeydə alınıb.

Dünən gecə saatlarında Saday Əliyev həyat yoldaşının, oğlunun və qızının başına gürzlə zərbə endirərək öldürməyə cəhd göstərib. Daha sonra özünü asaraq intihar edib.

Yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasına gətiriliblər. Saday Əliyevin həyat yoldaşı Gülbəniz Mehdiyevanın həyatını xilas etmək mümkün olmayıb.

Xəstəxanadan əldə etdiyimiz məlumata görə, digər iki yaralının (Əliyev Murad Saday oğlu və Əliyeva Məleykə Saday qızı) vəziyyətləri ağır olaraq qalır. Hazırda baş vermiş hadisə ilə bağlı hüquq mühafizə orqanları araşdırma başladıb.

Əlaqədar

Bakıdakı hay-küylü qətlin üstü açıldı
Paytaxtda dəhşətli qətl baş verdi
Bakıda "İstiqlal" ordenli neftçi qətlə yetirilib
"Sərçə" bazarındakı qətli ikiqat dünya çempionu törədib
Övladını çəkiclə qətlə yetirən şəxsə hökm oxunub
Teqlər:
Əliyeva Məleykə Saday qızı, Əliyev Murad Saday oğlu, Gülbəniz Mehdiyeva, Saday Əliyev, Hacallı kəndi, ailə, Bərdə

Əsas mövzular