19:34 17 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
411102

Uşağın itkin düşməsi ilə bağlı bir fakt Qaradağ rayonunda qeydə alınıb

BAKI, 7 iyul — Sputnik. Bu sutka ərzində Bakıda 7 nəfər yoxa çıxıb.

Bu barədə məlumatı Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanları verib.

İtkin düşənlərdən 3-ü uşaqdır. Belə ki, paytaxtın Nəsimi rayonunda iyunun 6-da saat 14:30-da on yaşlı Salmanova Məltəm Ceyhun qızı itkin düşüb. O, valideynləri ilə birlikdə Masallı rayonundan gəlib və ailəsi ilə birlikdə 20 yanvar küçəsində kirayə etdikləri mənzildə yaşayır. Qız evdən gedib və geri qayıtmayıb. Hələlik 19-cu polis bölməsində Salmanova ilə bağlı heç bir məlumat yoxdur.

Uşağın itkin düşməsi ilə bağlı digər fakt Qaradağ rayonunda qeydə alınıb. Saat 17:00-da Lökbatan qəsəbəsində 2003-cü il təvəllüdlü Hüseynova Mina Tofiq qızı evdən gedib. Hüseynova da hələ tapılmayıb. Hazırda polis əməkdaşları onun axtarışı ilə məşğuldur. 

Sabunçu rayonunda 1999-cu il təvəllüdlü Cabbarova Zərxanım Salman qızı və onun bir yaşlı oğlu, 2016-cı il təvəllüdlü Məmmədov Salman Rəşad oğlu xəbərsiz-ətərsiz itkin düşüb. Cabbarova Maştağa qəsəbəsində yaşayır və ərinin evindən gecə saat 11:00 radələrində çıxıb, geri qayıtmayıb.

İtkin düşən digər şəxslər hələ 20 yaşı tamam olmamış gənc qızlar və 40 yaşlı qadın Həşimova Natəvan Nəriman qızıdır. Sonuncu Yasamal rayonunun Yeni Yasamal qəsəbəsində yaşayır. Saat 07:00-da evdən çıxıb və geri qayıtmayıb.

Qeyd edək ki, iyulun 6-da itkin düşən 4 nəfər tapılıb. Bizim haqqında bəhs etdiyimiz 7 nəfərdən isə hələlik heç kəs tapılmayıb.

Əlaqədar

Bakı sakinləri hara yoxa çıxırlar?!
Gəlin və baldız eyni gündə yoxa çıxıb
Yüz ilə bu millət yoxa çıxacaq
Bütöv bir çay müəmmalı şəkildə yoxa çıxıb
Teqlər:
Hüseynova Mina, Cabbarova Zərxanım, Salmanova Məltəm, Məmmədov Salman, Nəsimi rayonu, Maştağa qəsəbəsi, Qaradağ rayonu, Bakı

Əsas mövzular