01:05 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
HADİSƏ
Qısa URL
134 0 0

Bakıda idmançı qadını avtomobillə vuraraq öldürən sürücü tutulub

BAKI, 29 iyun — Sputnik. Bakı şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğu idmançı qadının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Bakı şəhər Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumatda qeyd olunur ki, Xətai rayonu ərazisində Masallı rayon sakini 1962-ci il təvəllüdlü Məmmədov Əlifağa Abdul oğlu iyunun 28-də idarə etdiyi, özünə məxsus BMW markalı, AZ90-XU-928 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyada, 1995-ci il təvəllüdlü Məmmədova Reyhan İlqar qızını vurub, sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. 

Fakta görə Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Cinayəti törətməkdə şübhəli bilinən Ə.Məmmədov tutulub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, R. Məmmədova dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə Azərbaycan çempionudur.

Əlaqədar

Bakıdakı faciəli hadisənin videosu yayıldı
Türkiyə ərazisinə düşən Suriya təyyarəsinin qalıqlarının videosu yayıldı
Şok iddia: Trampın seks videosu Putinin əlindədir
Teqlər:
Avtoqəza, Bakı şəhər Prokurorluğu, Xətai Rayon Polis İdarəsi, Bakı şəhər Baş Polis İdarəsi, Məmmədova Reyhan, Məmmədov Əlifağa, Masallı rayonu, Xətai rayonu

Əsas mövzular