15:36 20 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
36 0 0

Həmin şəxs Mançester şəhərinin cənubunda tutulub

BAKI, 23 may — Sputnik. İngiltərənin Mançester şəhərində dünən gecə baş verən partlayış səbəbilə 23 yaşlı bir şəxs həbs edilib. Sputnik Azərbaycan bu barədə "İndependent"-ə istinadən xəbər verir.

Polisin məlumatına görə, həmin şəxs Mançester şəhərinin cənubunda tutulub.

Həmin şəxsin 23 yaşlı Salman Abedi olduğu bildirilir.

Qeyd edək ki, ötən gün Mançester Arenada amerikalı müğənni Ariana Qrandenin konserti zamanı törədilən partlayışda 22 nəfər həlak olub, 59 nəfər yaralanıb.

Hadisəni törədən şəxs əldəqayırma partlayıcını işə salıb, özü də hadisə yerində ölüb.

Əsas mövzular