19:51 13 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.8991
Güclü küləklə müşayiət olunan yağış rayonda ciddi fəsadlar törədib

Fırtına Qarabağa çatdı: evlərin damı uçub, ağaclar aşıb, ətrafı su basıb

© Sputnik / Ramil Ibrahimov
HADİSƏ
Qısa URL
242210

Bərdədə güclü küləklə müşayiət olunan yağış rayonda ciddi fəsadlar törədib

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 21 may — Sputnik. Anomal hava şəraiti bölgələrimizə ziyan vurmaqda davam edir. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, bu gün Bərdədə güclü küləklə müşayiət olunan yağış rayonda ciddi fəsadlar törədib.

Axşam saatlarında leysan xarakterli yağış, təqribən 20 dəqiqə davam edib. Bəzi küçələri yağış suyu basıb. İrigövdəli ağaclar aşıb. Küçələrdə avtomobillərin hərəkətində məhdudiyyət yaranıb.

  • Güclü küləklə müşayiət olunan yağış rayonda ciddi fəsadlar törədib
    Güclü küləklə müşayiət olunan yağış rayonda ciddi fəsadlar törədib
    © Sputnik / Ramil Ibrahimov
  • Güclü küləklə müşayiət olunan yağış rayonda ciddi fəsadlar törədib
    Güclü küləklə müşayiət olunan yağış rayonda ciddi fəsadlar törədib
    © Sputnik / Ramil Ibrahimov
  • Güclü küləklə müşayiət olunan yağış rayonda ciddi fəsadlar törədib
    Güclü küləklə müşayiət olunan yağış rayonda ciddi fəsadlar törədib
    © Sputnik / Ramil Ibrahimov
1 / 3
© Sputnik / Ramil Ibrahimov
Güclü küləklə müşayiət olunan yağış rayonda ciddi fəsadlar törədib

Küləyin aşırdığı ağaclardan biri rayona gələn yüksək gərginlikli elektrik naqilini qırıb. Nəticədə rayonun böyük bir hissəsinə elektrik enerjisinin verilişi dayanıb. Həmçinin güclü külək rayonun "Təbriz" küçəsində beşmərtəbli yaşayış binasının dam örtüyünü sıradan çıxarıb.

Xoşbəxtlikdən, təbii fəlakət nəticəsində xəsarət alan yoxdur. Təqribən bir saat sonra "Azərişıq" ACS-nin əməkdaşları tərəfindən naqillərdəki nasazlıq aradan qaldırılıb və rayona elektrik enerjisinin verilməsi bərpa edilib. Hazırda əlaqədar qurumlar küləyin törətdiyi fəsadları aradan qaldırır, dəymiş ziyan hesablanır.

Əlaqədar

Təbii fəlakət daha bir bölgəmizdə dağıntılar törətdi
Şimal-qərb bölgəsində təbiətlə qarşıdurma yaşanır
Leyla Əliyeva: "İnsan fəaliyyəti təbiətin qanunlarını pozur"
Təbiət daha bir bölgəmizə amansız üzünü göstərdi
Azərbaycanda təbii fəlakət baş verib
Təbii fəlakət qurbanlarının sayı 41-ə çatdı
Teqlər:
elektrik naqili, ziyan, anomal hava şəraiti, fəsad, Bərdə, leysan, külək, yağış

Əsas mövzular