Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İranda sel nəticəsində ölənlərin sayı artır

© AFP 2023 / FARS NEWS/STRİranda su altında qalmış küçə, arxiv şəkli
İranda su altında qalmış küçə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İran prezidenti təbii fəlakət bölgəsinə xüsusi nümayəndələr göndərib

BAKI, 15 apr — Sputnik. İranın Şərqi Azərbaycan və Kürdüstan əyalətlərində sel nəticəsində ölənlərin sayı 35-ə yüksəlib.

APA-nın məlumatına görə, İranın şimal-qərbində baş vermiş təbii fəlakət nəticəsində daha bir neçə nəfər itkin düşüb.

Ölənlər əsasən Şərqi Azərbaycan əyalətinin Azərşəhr və Əcəbşir şəhərlərinin sakinləridir.

İran prezidenti təbii fəlakət bölgəsinə xüsusi nümayəndələr göndərib.

Təbriz şəhərində də sel evlərə ziyan vurub. Urmiya şəhərində sel bir neçə körpünü dağıdıb, bir neçə kəndin əhalisi evakuasiya olunub.

Ölü və itkin sayının artacağı ehtimal olunur.

Qeyd edək ki, İranda güclü yağışlar nəticəsində bəzi çaylar məcrasından çıxıb, yaşayış məntəqələrinə ciddi ziyan dəyib.

Xəbər lenti
0