21:57 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
5610

Məzahir Allahverdiyev istintaqa məlum olmayan səbəbdən intihar edib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 10 aprel — Sputnik. Zaqatala rayonunda 60 yaşlı kişi özünü təndirxanada asıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə aprelin 10-u, saat 15:30 radələrində rayonun Mazıx kəndində qeydə alınıb.

Kənd sakini, 1957-ci il təvəllüdlü Məzahir Fazil oğlu Allahverdiyevin meyiti yaşadığı evin həyətyanı sahəsindəki təndirxanada asılı vəziyyətdə tapılıb. Onun cəsədini yaxınları aşkar ediblər.

İlkin araşdırma zamanı 60 yaşlı Məzahir Allahverdiyevin, hələlik istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub. Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Əlaqədar

İki uşaq atası özünü asdı
Ədəbiyyat müəllimi özünü asdı
Banka borcu olduğuna görə özünü asdı
MTN-in Antiterror Mərkəzinin sabiq rəis müavini özünü həbsxanada asdı
Teqlər:
özünü öldürmə həddinə çatdırma, Məzahir Fazil oğlu Allahverdiyev, Mazıx kəndi, təndirxana, Zaqatala rayonu

Əsas mövzular