Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Quba yolunda avtomobillər toqquşdu, ölənlər var

© Photo : APAYol qəzası nəticəsində zədələnmiş avtomobil. Arxiv şəkli
Yol qəzası nəticəsində zədələnmiş avtomobil. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
“VAZ 2107” və BMW markalı avtomobillərin toqquşması nəticəsində iki nəfərin öldüyü bildirilir

BAKI, 27 mart — Sputnik. Quba-Qusar yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın xəbərinə görə, hadisə yolun 7-ci kilometrliyində qeydə alınıb.  

40 BN 070 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı və 10 DU 314 dövlət nömrə nişanlı, BMW markalı avtomobillərin toqquşması nəticəsində iki nəfərin öldüyü bildirilir.

İlkin məlumata görə, onların hər ikisi “VAZ 2107”-də olan şəxslərdir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0