02:14 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
2803

Mersisayd qraflığının Virral rayonunda baş verən insident nəticəsində yaralananlardan 30-u yüngül, 2 nəfər isə ağır xəsarət alıblar

BAKI, 26 mart — Sputnik. Böyük Britaniyanın qərbində binaların birində  güclü partlayış nəticəsində xəsarət alanların sayı 32-yə çatıb. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

Mersisayd qraflığının Virral rayonunda baş verən insident nəticəsində yaralananlardan 30-u yüngül, 2 nəfər isə ağır xəsarət alıblar.   

Partlayışın qaz sızması səbəbindən baş verdiyi ehtimal olunur. 

Partlayış nəticəsində bina tamamilə uçub. Xəsarət alanların hamısı yaxınlıqda yerləşən Çin restoranındakı şəxslərdir. 

Hadisənin səbəbləri dəqiqləşdirilir.

Əsas mövzular