16:53 26 Sentyabr 2017
Canlı yayım
Квартирный вор, фото из архива

Bir küçədən 20 minədək pul apardılar

CC BY-SA 2.0 / Bill Burris / Three Wise Men
HADİSƏ
Qısa URL
2912

Hər iki faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb

BAKI, 20 mart — Sputnik. Bakıda bir küçədə yerləşən iki evdən ümumilikdə 19 100 manatlıq oğurluq edilib.

Sputnik Azərbaycan-ın "Report"a istinadən verdiyi xəbərə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Fərhad Əliyevə məxsus Binəqədi qəsəbəsi, İsfahani küçəsi, ev 11 ünvanından naməlum şəxs və ya şəxslər pəncərəni açmaqla 12 600 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb. Eyni zamanda, naməlum şəxs və ya şəxslər həmin küçədə 1965-ci il təvəllüdlü Rəsmiyyə Nəcəfovaya məxsus ev 32 ünvanından pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla 5 800 manat pul və 700 manat dəyərində 3 ədəd qızıl üzük oğurlayıblar.

Hər iki faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Əsas mövzular