21:31 31 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
HADİSƏ
Qısa URL
609633

Həbib Raqqa şəhərindəki internet klubların birindən Yalamadakı ata-anası ilə danışdığı yerdə qəflətən danışıq kəsilib. Sonradan məlum olub ki, internet klub partladılıb və o da həlak olub.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 16 mart — Sputnik. Xaçmaz rayonunun Yalama kəndindən olan və Suriyada İŞİD sıralarında döyüşən Azərbaycan vətəndaşı öldürülüb. Bu barədə məlumatı Sputnik Azərbaycan-ın bölgə müxbirinə Xaçmaz rayonu Yalama kəndinin sakinləri veriblər.

Onların bildirdiklərinə görə, Həbib Finyaz oğlu Hacımətov bir neçə il idi ki, Suriyada İŞİD sıralarında vuruşurdu. Onun həyat yoldaşı isə bu müddət ərzində Türkiyədə olub və hazırda da Türkiyədə olduğu ehtimal edilir.

Kənd sakinləri hadisənin ötən ay baş verdiyini, ailəsinin isə Həbibin öldüyünü yalnız indi dəqiqləşdirə bildiyini qeyd edib. Hacımətov fevral ayında Raqqa şəhərindəki internet klubların birindən Yalamadakı ata-anası ilə danışırmış. Qəflətən danışıq kəsilib. Sonradan məlum olub ki, internet klub partladılıb və Həbib də həlak olub.

Qeyd edək ki, ötən il noyabrın 25-də DTX-nın Yalamada keçirdiyi uğurlu əməliyyat zamanı terrorçu Ramiq Rəhimov məhv edilmişdi.

Əlaqədar

Üç il əvvəl İŞİD-ə qoşulmuş azərbaycanlı qaçmaqla canını qurtara bilmədi
Rusiyada İŞİD-ə qoşulmaq istəyən azərbaycanlı gənc yaxalanıb
İŞİD bu şəhəri də qana boyadı
Türk ordusu Əl-Babı İŞİD-dən təmizlədi
İŞİD-in əl-Bab “vali”si öldürüldü
Teqlər:
İŞİD, Azərbaycan, Suriya, Xaçmaz rayonu, ailə, Yalama kəndi, Həbib Finyaz oğlu Hacımətov

Əsas mövzular