01:25 19 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9550
Bakı-Sumqayıt yolunda baş verən qəza

Həlak olan və xəsarət alanların adları bəlli oldu

© Foto : Azvision
HADİSƏ
Qısa URL
Bakı-Sumqayıt yolunda ağır avtoqəza (10)
147010

İlkin məlumata görə, qəza baş verən zaman miktoavtobusda 28 nəfər olub

BAKI, 9 mart — Sputnik. Bu gün səhər Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzada həyatını itirən 5 tələbənin adları məlum olub. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova AzVision.az-a məlumat verib.

Belə ki, ölənlər Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim Vuqar oğlu, Nəsibov İbrahim Xəqani oğlu, 1999-cu il təvəllüdlü Canıyev Rəşad Füzüli oğlu, 1997-ci il təvəllüdlü Muradova Roza Eynulla qızı və 1996-cı il təvəllüdlü Quliyeva Çinarə Azər qızıdır.

Qəzada dünyasını dəyişən tələbə 1996-cı il təvəllüdlü İbrahim Nəsibov
© Foto : Azvision
Qəzada dünyasını dəyişən tələbə 1996-cı il təvəllüdlü İbrahim Nəsibov

Yaralılardan biri Sosiologiya ixtisası üzrə təhsil alan 1-ci kurs tələbəsi Lalə Nəsibovadır. O, əməliyyat olunub, vəziyyəti ağırdır. İlkin məlumata görə, qəza baş verən zaman miktoavtobusda 28 nəfər olub.

Qəzada xəsarət alanların da bəzilərinin adları məlum olub. Səhiyyə Nazirliyinin mətbuat xidmətndən Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 17 nəfər — Babayev Orxan Xəqani oğlu, Mirzəyeva Mina, Qocayev Nicat Faiq oğlu, Cəfərova Aytən Əliyulla qızı, Əsgərli Oqtay Etibar oğlu, Fərzəliyeva Xavər Məlik qızı, Tağıyev Samir Məhəd oğlu, Cəbiyev Əfsər Əli oğlu, Manafov Bəybala Vüqar oğlu, Kərimova Təranə Şair qızı, Həsənov Elgiz Sərvər oğlu, Məmmədov Məhəmməd Şahin oğlu, Quluzadə Aytən Altay qızı, Baxışova İlahə Azər qızı, Amani Abbas Esmalı, Əliyev Elvin Rəşad oğlu, Mürsəlzdə Aydan Zahir qızı Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Qəzada dünyasını dəyişən tələbə 1999-cu il təvəllüdlü Canıyev Rəşad
© Foto : Azvision
Qəzada dünyasını dəyişən tələbə 1999-cu il təvəllüdlü Canıyev Rəşad

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb, nəqliyyatın hərəkəti müvəqqəti dayanıb. Hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb olunub.

Bu gün səhər Bakı-Sumqayıt yolunda baş verən ağır qəzada dünyasını dəyişənlərin sayı 5 nəfərə çatıb. Xəsarət alan daha 20 nəfər isə xəstəxanadadır. Bu barədə isə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Bakıdan Sumqayıt şəhəri istiqamətinə gedərkən qəzaya uğrayan mikroavtobusun sürücüsü saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 50-BN-132 dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu sürətlə hərəkət edən zaman idarəetməni itirərək dəmir yolayrıcına çırpılıb.

"Onun qarşısına piyada çıxmayıb" — deyə idarədən bildirilib.

Hüseynov Namiq Hüseyn oğlu dindirilir, həmçinin, onun sərxoş olub-olmadığı araşdırılır. Faktla bağlı cinayət işi başlanılıb.

Mövzu:
Bakı-Sumqayıt yolunda ağır avtoqəza (10)

Əlaqədar

Bakı-Sumqayıt yolunda baş verən qəza qurbanlarının sayı artır
Azərbaycanda tələbələri daşıyan mikroavtobus qəzaya uğradı
Türkiyədə ağır avtobus qəzası baş verib
Qadın sürücü ağır qəza törətdi
Qəzaya düşən avtomobil yandı
Teqlər:
Bakı-Sumqayıt yolu, tələbə, sürücü, xəsarət, qəza

Əsas mövzular