17:49 05 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
13412

Jurnalist qaraciyər serrozundan əziyyət çəkirdi və fevralın 25-də axşam komaya düşmüşdü

BAKI, 26 fev — Sputnik. Tanınmış jurnalist Zabil Müqabiloğlu vəfat edib. Müqabiloğlu 1 saylı Şəhər Kliniki Xəstəxansında keçinib.

Jurnalist qaraciyər serrozundan əziyyət çəkirdi və fevralın 25-də axşam komaya düşmüşdü.

Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildən mətbuatdadır. "525-ci qəzet", "Avropa", "Tərcüman" qəzetlərində, "Yeni Müsavat" qəzetində çalışıb.

Gunxeber.com saytının baş redaktoru olub.

Ailəli idi, bir oğlu var.

Allah rəhmət eləsin!

Əsas mövzular