14:42 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
24901

Ağdamın Xındırıstan kənd məscidində qeydə alınan oğurluq faktı ilə bağlı aparılan araşdırmalar nəticəsində rayon sakini İsgəndərov Vüqarın saxlandığı bildirilir

BAKI, 22 fev — Sputnik. Ağdamda məsciddən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Sputnik Azərbaycan-ın APA-ya istinadən verdiyi xəbərə görə, rayonun Xındırıstan kənd məscidində qeydə alınan oğurluq faktı ilə bağlı aparılan araşdırmalar nəticəsində rayon sakini İsgəndərov Vüqar Afər oğlunun saxlandığı bildirilir.

Məlumata görə, V. İsgəndərov məsciddən oğurluq etdiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Xındırıstan kəndində yerləşən məsciddən pəncərədən daxil olmaqla 10 ədəd xalça, 1 ədəd tozsoran, 3 ədəd ventilyator və 1 ədəd su təmizləyici qurğu oğurlandığı açıqlanıb.

Teqlər:
Məsciddən oğurluq, İsgəndərov Vüqar, Ağdam rayonu, Xındırıstan kəndi

Əsas mövzular