00:03 21 Fevral 2017
Canlı yayım
Qubada qar

Qar Xınalıq Altıağacı ətraf aləmdən təcrid etdi

© Sputnik / Leyla Abdullayeva
HADİSƏ
Qısa URL
3510

Xızı, Siyəzən, Xaçmaz və Quba rayonlarında elektrik enerjisi və təbii qazın verilişində məhdudiyyətlər yaranıb

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 17 fev — Sputnik. Fevralın 15-də gecə saatlarından yağmağa başlayan və bu gün səhərə yaxın intensivləşən qar ölkəmizin şimal bölgəsinin həyatıını çətinləşdirib. 

Qubada qar
© Sputnik / Leyla Abdullayeva
Qubada qar

Belə ki, Xızı, Siyəzən, Xaçmaz və Quba rayonlarında elektrik enerjisi və təbii qazın verilişində məhdudiyyətlər yaranıb. Quba rayon mərkəzini dağlıq ərazilərlə birləşdirən avtomobil yollarında çətinliklər yaranıb. Rayonun Xınalıq kəndində qar uçqunu olub. Xınalıq istiqamətində nəqliyyat vasitələrinin gedişi dayandırılıb. Kənddə qarın hündürlüyü 1 metrə yaxındır. Analoji hadisə Xızı rayonu Altıağac kəndində də baş verib. Kənddə qarın hündürlüyü 50 sm-ə çatıb. Kəndin yolu bağlanıb.

Qubada qar
© Sputnik / Leyla Abdullayeva
Qubada qar

Xaçmaz-Quba yolunda bir neçə avtomobil qəzası baş verib. Qəza nəticəsində maşınlar yararsız vəziyyətə düşsə də, xoşbəxtlikdən xəsarət alan olmayıb.