06:06 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
31 0 0

Çantasından güclü təsir edən maddə, daxili orqanından narkotik vasitə çıxdı

BAKI, 15 fev — Sputnik. Biləsuvar Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qanunsuz yolla güclü təsir edən maddə və narkotik vasitənin gətirilməsinə cəhdin qarşısını alıblar. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

İdarənin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Öncə, rentgen yük-yoxlama qurğusunda vətəndaşa məxsus idman çantasına baxış zamanı çantanın içərisindəki ərzaq məhsulları və şəxsi əşyaların altında şübhəli predmetlər görünüb.

Bundan sonra, təkrar baxış zamanı çantanın içərisində gömrük nəzarətindən gizlədilmiş, hər birində 10 həb olmaqla 40 konvalyut "T-Doll" (tramadol) adlı dərman preparatı aşkar edilib. Ardınca vətəndaşın üzərində şəxsi yoxlama zamanı onun daxili orqanında (düz bağırsağında) bir ədəd bükümdə, xalis çəkisi 20,005 qram olan narkotik vasitə — tiryək aşkar olunub.

Xatırladaq ki, "T-Doll" (tramadol) adlı dərman preparatı "Güclü təsir edən maddələrin Siyahısı"na daxildir və aşkar olunan cəmi 400 ədəd həbdə tramadolun təsiredici maddəsinin ümumi miqdarı 8 qram təşkil edir. Faktla bağlı araşdırma aparılır.

Əlaqədar

İranlı gül qabı əvəzinə narkotik verdi və...
Narkotik alverçiləri tutuldular
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan ana və qızı...
İranla sərhəddən keçən şəxs narkotiklə yaxalandı
Bu ölkədə narkotikə görə cəza ləğv olunur
Cənub gömrüyündə narkotik əməliyyatı
Nazirlik əməkdaşında narkotik və silah aşkarlandı
Teqlər:
gömrük, Dövlət Gömrük Komitəsi, İran, post, narkotik

Əsas mövzular