05:24 21 Fevral 2018
Canlı yayım
Partlayış baş verən gecə klubunun qarşısında polislər, İstanbul, 1 yanvar 2017-ci il

XİN: İstanbulda terror aktında daha bir Azərbaycan vətəndaşı yaralanıb

© REUTERS/ Osman Orsal
HADİSƏ
Qısa URL
İstanbulda gecə klubunda terror aktı (14)
7201

Daha öncə İstanbulda Reina gecə klubunda baş vermiş terror aktında Azərbaycan vətəndaşı olab bir qadının xəsarət alması barədə məlumat verilmişdi.

BAKI, 1 yan — Sputnik. İstanbulda törədilmiş terror aktı nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının sayı iki nəfərə çatıb.

Bunu Sputnik-ə Azərbayacan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Hazırda Azərbaycanın İstanbuldakı Baş Konsulluğu yaralanan şəxslərin kimliyini araşdırır.

Daha öncə İstanbulda Reina gecə klubunda baş vermiş terror aktında Azərbaycan vətəndaşı olab bir qadının xəsarət alması barədə məlumat verilmişdi.

Hikmət Hacıyevin sözlərinə görə, hadisə nəticəsində yaralanan Azərbaycan vətəndaşı olan qadına ilkin tibbi yardım göstərilib və o evə buraxılıb. Digər yaralanan vətəndaşımızın vəziyyəti isə ağır deyil.

Mövzu:
İstanbulda gecə klubunda terror aktı (14)

Əsas mövzular