Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Müxtəlif maddələri ilə axtarılan 25 nəfər tutulub

Abunə olmaq
Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli üç, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər tutulub.

BAKI, 29 dek — Sputnik. Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün 107 cinayət faktı qeydə alınıb. Onların da 33-nün üstü "isti izlər"lə açılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.

Qeyd olunub ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 25 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında baş vermiş bir yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli üç, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər tutulub.

Xəbər lenti
0