06:35 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
HADİSƏ
Qısa URL
23 0 0

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

BAKI, 12 dek — Sputnik. Ötən gecə Füzuli rayonu, Alxanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m² olan ikimərtəbəli 6 otaqlı evin hər mərtəbəsində bir otağının yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə, dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb. Bu barədə Sputnik-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Yanğının kəşfiyyatı zamanı ev sahibi tüstüdən boğulmuş vəziyyətdə yanğınsöndürənlər tərəfindən çıxarılıb. Təcili Tibbi Yardım Xidməti hadisə yerinə gələnədək yanğınsöndürənlər tərəfindən xilasetmə cəhtlərinə baxmayaraq 1930-cu il təvəllüdlü Məmmədov Ağaxan Xacıağa oğlu vəfat edib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Əlaqədar

Biləsuvarda yanğın meydana çıxıb
Çayxana yandı
Tikinti materiallar bazarında yanğın
Şəkidə yanğın olub
Hacıqabulda "Chevrolet" yandı
250 kvadratmetrlik ev yandı
Bakıda mənzildə yanğın baş verib
Teqlər:
FHN, ev sahibi, yanğın, mənzil, ev, Alxanlı, Füzuli

Əsas mövzular