Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İŞİD-çilər prezident sarayını partlatmaq istədilər

© AFP 2023 / Dida NuswantaraСотрудники индонезийской полиции, фото из архива
Сотрудники индонезийской полиции, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Polis rəsmisi deyib ki, terrorçuların Prezident sarayını bazar günü, mühafizəni təmin edən qarovulun dəyişdirilməsi mərasimi zamanı partlatmağı planlaşdırdığı üzə çıxıb.

BAKI, 11 dek — Sputnik. İndoneziya polisi Prezident sarayını partlatmağa hazırlaşan üç terrorçunu Cakartanın şərqindəki Bekasi şəhərində həbs edib.

Bunu paytaxt polisinin rəsmi nümayəndəsi Raden Prabovo Arqo Yuvono bildirib.

Polis rəsmisi deyib ki, terrorçuların Prezident sarayını bazar günü, mühafizəni təmin edən qarovulun dəyişdirilməsi mərasimi zamanı partlatmağı planlaşdırdığı üzə çıxıb.  İndoneziya Prezidentinin sarayı hər ayın ikinci bazar günü, qarovul dəstəsinin dəyişdirilməsini görmək istəyənlər üçün açıq olur.

Xəbər lenti
0