BAKI, 23 noy — Sputnik. Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qaradağ rayonu, Xocəsən qəsəbəsində "BMW" və "Nissan" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Nazirliyin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq "Nissan" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 3 sərnişini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 08:42-də başa çatıb.