BAKI, 22 noy — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Gəncə şəhəri, Kəpəz rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Nazirliyin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, dərhal Nazirliyin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1935-ci il təvəllüdlü Əliyev Müzəffər Salman oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 14:36-da başa çatıb.