19:19 20 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9671
Məhkəmə hakiminin çəkici. Arxiv şəkli

Keçmiş arvadını öldürtdürmək istəyən şəxsin məhkəməsi başlayıb

CC0 / succo / hammer
HADİSƏ
Qısa URL
1401

Məhkəmə baxışı avqustun 17-nə təyin edilib.

BAKI, 9 avq — Sputnik. Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Rüstəm Rzayev və Elşad Həsənovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

APA-nın məlumatına görə, hakim Şəkər Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatlar dəqiqləşdirilib.

Məhkəmə baxışı avqustun 17-nə təyin edilib.

Məlumata görə, yanvarın 10-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşamış, 1965-ci il təvəllüdlü Sevil Rzayevanın üzərində zorakılıq əlaməti olan meyitinin yaşadığı evdə aşkar edilməsi ilə bağlı daxil olan məlumat əsasında rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə, həmin tarixdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən mərhumun keçmiş əri Rüstəm Rzayev və tanışı Elşad Həsənov tutularaq istintaqa cəlb edilib.

Aparılmış istintaqla Rüstəm Rzayevin keçmiş arvadı Sevil Rzayevanı öldürtmək məqsədilə qətlini sifariş verdiyi məlum olub. 

Əsas mövzular