01:12 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
HADİSƏ
Qısa URL
17 0 0

Gürcüstan vətəndaşının çantasından, xalis çəkisi 100 qram olan civə aşkar olunaraq götürülüb

BAKI, 14 iyul — Sputnik. Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunu piyada yolla keçən Gürcüstan vətəndaşının əl yükünə rentgen aparatı vasitəsilə baxış keçirilib. Nəticədə gömrük əməkdaşı çantada olan DVD pleyerin içərisində şübhəli qaraltılar müşahidə edib.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, hal şahidlərinin iştirakı ilə çantada olan yüklərə təkrar baxış keçirilib və yoxlama zamanı çantadakı DVD pleyerin içərisindən, xalis çəkisi 100 qram olan civə aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

Əlaqədar

Sərhəddən civə keçirənlər ələ keçdilər
Bakıda 20 min dollara civə satanlar yaxalanıb
Paytaxtda qanunsuz parklamalara qarşı mübarizə gücləndirilir
Qanunsuz mərc oyunları keçirilən obyektlərə qarşı reyd
Azərbaycanda qanunsuz ov edən ərəblər saxlanıldılar
Teqlər:
Dövlət Gömrük Komitəsi, civə, vətəndaş, Gürcüstan, "Mazımçay" gömrük postu, Gömrük İdarəsi, Balakən

Əsas mövzular