05:39 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
6211

18 yaşlı qız dənizdə boğulub, onun cəsədi FHN əməkdaşları tərəfindəb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

BAKI, 4 iyul — Sputnik. Xəzər dənizində 1 nəfər boğulub, 3 nəfər xilas edilib. Sputnik Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Dövlət Sularda Xilasetmə Xidmətinə, Bakı şəhəri Xəzər rayonunda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 200 metr aralı) 3 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşlardan ikisi xilas edilib. Digər 1998-ci il təvəllüdlü Camalzadə Nərmin Niyaməddin qızının cəsədi isə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Daha bir nəfər isə Abşeron rayonunda dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Xilasedicilər vətəndaşı sudan çıxarıblar.

Əlaqədar

Toy günü gəlin suda boğuldu
Jurnalist reportaj zamanı çayda boğulub
Çobanlar suda boğuldular
Tələbə qız dəm qazından boğuldu
Bir yaşlı uşaq çayda boğulub
Teqlər:
xilas, dənizdə boğulmaq, Xəzər dənizi, Dövlət Sularda Xilasetmə Xidməti, Fövqəladə Hallar Nazirliyi

Əsas mövzular